• Airmedia

  • Airmedia

  • Airmedia

Uğura aparan yol

Şİrkət Haqqında

“Airmedia” şirkəti 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Əsas fəaliyyət sahələrindən biri Heydər Əliyev Beynəlxalq Aeroportunda olan reklam daşıyıcılarında, eyni zamanda “AZAL” QSC-yə məxsus olan Boeing və Airbus tipli təyyarələrdə səsli video formatında olan monitorlarda reklamların yayımlanmasından ibarətdir.

Uğurlu fəaliyyətin nəticəsində müəssisəmiz etibarlı biznes tərəfdaşı kimi tanınmışdır. “AZAL” QSC-yə məxsus təyyarə parkı daim genişlənir və uçuş coğrafiyası dünyanın bir çox ölkələrini əhatə edir. Sərnişinlərin böyük əksəriyyəti, xüsusilə beynəlxalq reyslərdə uçan sərnişinlər reklam verən şirkətlərin potensial hədəf auditoriyası ola bilər və bu da reklam yerləşdirilməsinin effektivliyini artırır.

İNTİZAM MEHDİYEV

Direktor

SEVİNC DADAŞOVA

Maliyyə və İnzibati İdarəetmə Departamentin Direktor müavini

REKLAM DEPARTAMENT DİREKTORU

İFF DEPARTAMENT DİREKTORU

Əsas Fəalİyyətlər

XİDMƏTLƏRİMİZ

  • TƏYYARƏ DAXİLİ REKLAM
  • HAVA LİMANINDA DIGITAL POSTER
  • HAVA LİMANINDA LIGHTBOX
  • AZERBAIJAN AIRLINES JURNALI
  • CLP
  • SCROLLER
  • DAM ÜSTÜ QURĞU
  • HAVA LİMANINDA DIGITAL POSTER

    "AIRMEDIA" Hava Limanında Digital Posterlərdə öz reklam xarakterli video çarxlarınızı yayımlamağı təklif edir.

  • HAVA LİMANINDA LIGHTBOX-LAR

    Siz bu növ reklam löhvələrini seçməklə öz reklamlarınızın insanların intensiv hərəkət etdiyi məkanlarda daha qabarıq yayımlanmasını həyata keçirmiş olursunuz. Onu digər reklam lövhələrindən fərqləndirən üstünlükləri qapalı məkanda işıqlı, mega ölçüdə quraşdırılmasıdır ki, bu xususiyyət də onu gözəçarpan və baxımlı edir.

  • AZERBAIJAN AIRLINES JURNALI

    "AIRMEDIA" şirkəti Sizlərə “Azerbaijan Airlines” (“Silk Way”) jurnalında öz reklamlarınızı yerləşdirməyi təklif edir. “Azerbaijan Airlines” (“Silk Way”) jurnalı AZAL şirkətinin rəsmi nəşri hesab olunur. İldə 6 dəfə çap olunan jurnal Azerbaijan Airlines aviaşirkətinin sərnişinləri arasında yayılır.

  • CLP LIGHTBOX

    CLP displeylərdə reklam daxildən ekstra sistemlə qorunan şüşə lövhələr altında yerləşir və istənilən hava şəraitinə külək, yağış və s. olmasına baxmayaraq reklam aydın, təmiz, təzə görünüşünü qoruyub saxlayır

  • BAKI ŞƏHƏRİNİN BİR ÇOX GÖRKƏMLİ YERLƏRİNDƏ SCROLLER

    Daxili işıqlandırılması olan reklam lövhəsidir ki, onun üzərində bir neçə saniyə ərzində avtomatik rejimdə 2-dən 4-ə qədər reklam təsviri bir-birini əvəz edir. Displeyin üzərində dəyişən kadrlar potensial müştərilərin diqqətini cəlb edir.

  • BİNALARIN DAMLARINDA İŞIQLI REKLAM QURĞUSU

    Siz öz şirkətinizin adını və logosunu mega ölçüdə xüsusi ilə hündür binaların damları üzərində işıqlı tərtibatla quraşdıra bilərsiniz. Nəticəsində bu reklam növü 10 km-lərlə uzaqdan gündüz və gecə Heyretamiz olaraq insanların diqqətini cəlb edir və bunun nəticəsində Sizin brendinizin imici yüksəlir.

>

IN-FLIGHT ENTERTAINMENT

Uçuş zamanı əyləncə

Lisenziya xidmətləri

Biznes sinif sərnişinlər üçün player

İndividual əyləncə sistemi olmayan təyyarələrin biznes sinif sərnişinləri üçün nəzərdə tutulmuşdur. Planşetlər üçün kontentlər “AirMedia” tərəfindən seçilir və təsdiq olunduqdan sonra kontentlərin siyahısı planşetlərə yüklənməsi üçün müvafiq qurumlara təqdim olunur. Kontentlər planşetlərə tam yüklənildikdən sonra, əməkdaşlarımız tərəfindən 3-5 gün müddətində bütün Planşetlərdə yüklənilmiş kontentlər yoxlanılır.

Proqramlar,filmlər

  

Müştərİlər

Bizimlə Əlaqə

AZ1025, Bakı, Azərbaycan
Afiyyədin Cəlilov 26

(+994 12) 496-87-96

(+994 12) 490-41-57

(+994 12) 496-87-96

office@airmedia.az